- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0

Braziliyanın aparıcı idman nəşri “Globo” 2024-cü ildə Amerika kubokunun qrup mərhələsinin nəticələrinə əsasən öz simvolik komandasını dərc edib.
Allsport.az xəbər verir ki, siyahıda Argentina millisinin lideri Lionel Messi yer almayıb.
Qapıçı: Rafael Romo (Venesuela);
Müdafiəçilər: Daniel Munos (Kolumbiya), Kristian Romero (Argentina), Ronald Arauxo (Uruqvay) və Matias Vina (Uruqvay).
Yarımmüdafiəçilər: Riçard Rios (Kolumbiya), Nikolas de la Kruz (Uruqvay), Xames Rodriqes (Kolumbiya).
Hücumçular: Luis Diaz (Kolumbiya), Lautaro Martinez (Argentina), Xose Faxardo (Panama).