- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

PSJ Lionel Messinin cəzasını ləğv edib.
Allsport.az xəbər verir ki, mayın 2-də Paris klubu futbolçunu icazəsiz Səudiyyə Ərəbistanına səfərinə görə iki həftəlik diskvalifikasiya etmişdi. Argentinalı daha sonra buna görə üzr istəyib.
Klub futbolçunun üzrxahlığını qəbul edib və cəzanı ləğv edib.
Bu gün Messi PSJ -də məşqlərə başlayıb.
O, “Troyes”lə keçirilmiş görüşdə iştirak etməyib (3:1). Amma mayın 13-də “Ayaçço” ilə görüşdə iştirak edə biləcək.