Messi və Ronaldu arasında seçim edib

Allsport.az saytı xəbər verir ki, 7-qat Formula-1 çempionu, “Mersedes” komandasının pilotu Lüis Həmilton hansı futbolçunu tarixin ən yaxşısı hesab edir:

Lionel Messi, yoxsa Kriştianu Ronaldu sualına cavab verib. Sitat: “Messi. Düzünü desəm, onların hər ikisi heyrətamizdir, amma sonda mən Messinin fanatıyam”.

Onlar 20 ilə yaxındır ki, futbol elitasında oynayırlar. Cütlük indiyədək cəmdə 1742 qol vurub və klubları və milli komandaları üçün vurmağa davam edir. Portuqaliyalının 902, Messinin 840 qolu var.

Həmin kateqoriyadan