Messi zədələnib

“İnter Mayami”nin ulduzu Lionel Messi fevralın 8-də Ekvadorun “Barselona” komandasına qarşı keçirilən yoldaşlıq oyununda zədələnib.

Allsport.az xəbər verir ki, 38 yaşlı hücumçunun sol bud nahiyəsində əzələ dartılması müəyyən edilib. Tibbi müayinələrin nəticəsi zədəni təsdiqləyib və argentinalı futbolçu fevralın 11-də komandanın məşqini buraxmalı olub.

Messinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil. Bu zədə onun MLS-in yeni mövsümünün açılış matçında (fevralın 22-də “Los-Anceles”ə qarşı) iştirakını sual altına salıb.

Həmin kateqoriyadan