- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Futzal oyunçusu olan Xuan Polkan PSJ-nin argentinalı ulduzu Lionel Messini görmək üçün 10 saat gözləyib.
Allsport.az xəbər verir ki, azarkeş səhər saat 09:00-da argentinalı hücumçunun evinə yaxınlaşıb.
Xuan Polkan 9 saatdan sonra Messini görsə də, ulduz futbolçunun onun yanından düz keçdiyini deyib. Mühafizəçi onu qovmaq istəsə də, oyunçunun həyat yoldaşı azarkeşi evə dəvət edib.
Xuan hislərini belə ifadə edib: “Bu, inanılmaz an idi. Onu necə çox sevdiyimi dedim. Şəkil çəkdirdik, oynadığım futzal klubunun formasına imzasını atdı və məni qucaqladı”.
