Messiyə 400 milyon avro maaş təklif edirlər

Allsport.az xəbər verir ki, PSJ və Argentina yığmasının hücumçusu Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Bu barədə insayder Fabrizio Romano sosial şəbəkədəki səhifəsində məlumat verib.

Səudiyyə klubu “Əl-Hilal”ın nümayəndələri rəsmən argentinalı ilə əlaqə saxlayaraq ona illik 400 milyon avro maaş təklif ediblər. Bununla yanaşı özü Avropada qalmaq niyyətindədir. Klub idarəçiliyi indiyədək transferdən imtina edib.

“Barselona” Messinin geri qaytarılması ilə bağlı müqaviləni maliyyə baxımından dəstəkləyəcək əsas sponsorlarla müzakirələr aparır. Amma hal-hazırda onların bunu etmək üçün maddi imkanları yoxdur.

Həmin kateqoriyadan