Messiyə görə oyun təxirə salındı

“İnter Mayami”ninkapitanı Lionel Messinin zədəsi səbəbindən komandanın Puerto-Rikodakı yoldaşlıq oyunu təxirə salınıb.

Allsport.az xəbər verir ki, “İndependiente del Valye”yə qarşı fevralın 13-də keçirilməsi planlaşdırılan qarşılaşma fevralın 26-na keçirilib.

Ekvadorda “Barselona” ilə oyunda sol bud nahiyəsindən əzələ zədəsi alan 38 yaşlı ulduz azarkeşlərə müraciət edərək üzrxahlıq edib:

“Təəssüf ki, son oyunda əzələ gərginliyi hiss etdim. Sizinlə görüşü səbirsizliklə gözləyirdik, ona görə də klubla birlikdə Puerto-Rikoya gedib oynaya bilməyim üçün alternativ tarix tapdıq”.

Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Onun MLS-in fevralın 21-də başlayacaq yeni mövsümünün açılış matçına qədər sağalacağı gözlənilir.

Həmin kateqoriyadan