- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin futbolçusu Sezar Meza Kolli klubun televiziyasına açıqlama verib. Allsport.az xəbər verir ki, zədə zəbəbindən uzun müddətdir, “ağ-qaralar”dan ayrı qalan yarımmüdafiəçi heyətə düşəcəyinə inandığını söyləyib:
“Bərpa dönəmi çətin keçdi. Amma bunlar artıq geridə qaldı. Heyətə düşəcəyimə inanmasaydım, indi burada olmazdım. Hazırda özümü yaxşı hiss edirəm, kollektivlə birlikdə olduğum üçün xoşbəxtəm. “Neftçi”nin uğurlarına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Komandanın, demək olar ki, bütün oyunlarını izləyirdim. Kənardan baxmaq bir az çətin idi”.
Paraqvaylı futbolçu ötən ilin iyul ayında ölkəsində diz bağlarından əməliyyat olunub.