- Baxış sayı: 14
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Sezar Meza Kolli “Neftçi”nin heyətində premyer liqada ilk qolunu vurub.
Allsport.az xəbər verir ki, paraqvaylı IV turun “Keşlə” ilə görüşündə (3:0) fərqlənib. O, çempionatda 3-cü klubda qol sevinci yaşayıb. Sezar bunadək “Keşlə” və “Zirə”də də rəqib qapısına yol tapıb.
Meza Kolli premyer liqa tarixində 3 və ya daha çox klubda qol vuran 10-cu cənubi amerikalı olub. Bu göstəricidə rekord Leonardo Roşaya məxsusdur. Braziliyalı 4 klubda – “Standard”, “Keşlə”, “Bakı” və “Qarabağ”da qol vurub.
Braziliyalılar Denis Silva, Junivan Suares, Junior Osvaldo, Junior Nildo, Mario Souza, onların Azərbaycan millisində oynamış həmyerliləri Fabio Luis Ramim, Leandro Qomeş, həmçinin uruqvaylı Anxel Qutyerres də Sezar kimi üç müxtəlif klubun heyətində qol sevinci yaşayıb.