- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Noyabrın 17-də “ay-ulduzlular”ımızla qarşılaşacaq Moldova yığmasının baş məşqçisi postu ətrafında ciddi narazılıqlar yaranıb. Allsport. az saytı xəbər verir ki, yerli futbol federasiyası Ştefan Stoykanı vəzifəsində saxlamaq istəyində olsa da, bu addım ictimaiyyət tərəfindən müsbət qəbul olunmur.
Rusiya “Kuban”ının sabiq məşqçisi Andrey Martin də rumıniyalı mütəxəssisin Azərbaycanla oyundan sonra getməsinin tərəfdarıdır. O, federasiyanı baş məşqçi postunda dəyişikliyə çağırıb:
“Ümid edirəm ki, federasiya rəhbərliyi yığmanın baş məşqçisi postuna layiqli mütəxəssis gətirəcək. Futbolçularımızın inkişaf edib-etməyəcəyi bu qərardan asılıdır. Stoyka pis məşqçi deyil. Amma yığmaya daha layiqli çalışdırıcı cəlb olunmalıdır”