Migel Madera: Qələbə qolunu vuracağımı gözləmirdim

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” səfərdə PAOK-u 1:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, komandamızın ispaniyalı yarımmümdafiəçisi Migel Madera qələbədən sonra KİV-ə müsahibə verib:

– Oyunla bağlı nə deyə bilərsiniz?
– Çətin oyun olacağını bilirdik. Bu oyunda azarkeş dəstəyimiz də var idi. Çətin olsa da, sonda rəqibə qarşı layiqli mübarizə aparmaqla qalib gələ bildik.

– İkinci hissədə meydana çıxdınız və cəmi bir neçə dəqiqə sonra qələbə qoluna imza atdınız…
– Qələbə qolunu vuracağımı gözləmirdim. Baş məşqçininin mənə şans verməsini gözləyirdim ki, komandama kömək edim. Şadam ki, həlledici qola imza atmağa nail oldum.

– Artıq qrupdan çıxmaq şansınızın artdığını demək olar?
– Hələ heç nə dəqiqləşməyib. Biz sadəcə, kiçik bir üstünlük qazanmışıq.

– Hər halda komandanız tarixi bir uğura imza atmağa çox yaxındır…
– Biz hələ heç nəyə nail olmamışıq. Daha bir qələbə qazanmaq istəyirik. Yalnız ondan sonra pley-offa adladığımızı əminliklə söyləmək olar.

– Artıq növbəti oyunda bu hədəfinizə çata bilərsiniz?
– Çətin olacaq. Çünki yenə səfərdə oynayacağıq.

Həmin kateqoriyadan