- Baxış sayı: 8
- 25 Noyabr 2024 11:20
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın transfer pəncərəsinin son günündə Migel Markos Madeyranı sıralarına qatdığını xəbər vermişdik. Allsport.az xəbər verir ki, artıq Bakıda olan ispaniyalı yarımmüdafiəçiylə 2 illik müqavilə imzalanıb.
“Xetafe”nin sabiq yarımmüdafiəçisi klub saytına təəssüratlarını bölüşüb: “Qarabağ”a keçməmişdən öncə təbii ki, klub haqqında maraqlandım. Son 2 ildə çempion olmaları, Avropa Liqasında uğurlu çıxış komandanın hədəflərindən xəbər verir. Tanışlarım vasitəsiylə də komanda haqqında məlumat topladım. Müsbət rəy verdilər. Komandanın bazasıyla, futbolçularla tanış oldum.
Hər şeyin çox yaxşı olduğunu deməliyəm. Olduqca mehriban kollektiv var. “Qarabağ”da oynamaqla komandaya faydalı olmaq istəyirəm. Azarkeşlərə demək istədiyim odur ki, meydanda sona qədər mübarizə aparan futbolçu görəcəklər. Komandamın uğurlarında payım olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.