Mik Şumaxer ”Haas” komandasını tərk edə bilər

Amerika təmsilçisi onun gəlişindən sonra, bir neçə yeni sponsor qazansa belə, almaniyalının törətdiyi qəzaların xərcləri qarşılanmır. Allsport.az saytı xəbər verir ki, bu komandanın biznes prinsiplərinə uyğun gəlmir. Formula-1 jurnalisti Co Savard son durumla bağlı fikrini belə bölüşüb:

”Mik karyerasını ”Aston Martin”də davam etdirərək, gələn il təqaüdə çıxacaq Sebastyan Fetteli əvəz edə bilər. Sözsüz ki, veriləcək belə bir qərarın bəzi üstünlükləri də var. Mik komandanın sahibinin oğlu Ləns Strolu mütəmadi olaraq qabaqlamaq üçün, kifayət qədər sürətli deyil.

Buna baxmayaraq, alman sürücünün tərəfdarları və sponsorları onun Formula-1 karyerasının davam etdiyini görmək istəyirlər.Bunun üçün müvafiq məbləği ödəməyə də hazırdırlar”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan