“Mik Şumaxer yaratdıği qəzalar mövsüm üçün nəzərdə tutulan məbləği aşıb”

“Haas”ın rəhbəri Günter Ştayner tez-tez baş verən qəzalar haqqında danışıb. Allsport.az saytı xəbər verir ki, o, son zamanlar komandanın almaniyalı sürücüsü Mik Şumaxerin qəzalarını ilə bağli fikrini belə bölüşüb:

”Düşünürəm ki, Mik ilə artıq ciddi danışmaq lazımdır. Tez-tez yaratdığı qəzalara görə,komanda-da ehtiyyat hissələrinin çatışmamazlığı yaranıb. Yaratdıği qəzalar mövsüm üçün nəzərdə tutulan məbləği aşıb. Ümüd edirdim ki, Azərbaycan qran-prisində heç bir qəza olmayacaq. Amma yenə oldu.

Avtomobilin şassisi qaydasındadir, lakin bir çox detallar dağılıb. Mühərrik də yaxşı vəziyyətdədir. Təssüf ki, sürətlək qutusa ilə bağlı da problemlərimiz var. Bolidin bir çox detalları qırılıb. Bizim komandanın maliyyə problemi olduğundan, hər dəfə təmir üçün küllü miqdarda pullar xərcləyə bilmirik.

Asılqanlar ilə bağli “Ferrari” komandasının bizə köməyi oldu.Bizim bazamızda bolidin asılqanları bitmək üzrədir.Büdcə narahatlığı aradan qaldırmaq üçün, bir sıra tədbirlər görməliyik”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan