- Baxış sayı: 22
- 27 Noyabr 2024 12:12
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Kəpəz”də məlum qalmaqal ortaya çıxandan sonra, Mikayıl Nərimanoğlu həm klubda, həm də AFFA-da vəzifəsindən qovuldu. Allsport.az saytı xəbər verir ki, Gəncə təmsilçisində maliyyə yeyintisində adı hallanan keçmiş xəbərçinin oğlunun da orda çalışdığı, amma vəzifəsini icra etmədən maaş aldığı bildirilib.
Bununla yanaşı, bəzi qaranlıq suallar ortaya çıxıb. Bu səbəbdən, sport7.az ondan müsahibə alıb. Çox qısa danışan, görünür, “Təhminə və Zaur” filminə çox aludə olan Elxan Məmmədovun sabiq sözdaşıyanı, iki kəlmədən bir “tələsməyək” deyib.
Məsələ ondadır ki, həmkarımıza “məzuniyyətdəyəm, AFFA-ya getmirəm” cavabını verən Mikayıl Nərimanoğlu, yeni işə keçməsi ilə dəqiq fikir yürütmətib. Heç bununla əlaqədar, “Boz ev”də rəsmi xəbər yaymayıb.
Belədə sual ortaya çıxır: Hər hansı bir yerdə çalışmayan şəxs necə məzuniyyətə çıxa bılər? Üstəlik, onun işə çıxması, bunun AFFA əməkdaşları tərəfindən təsdiqlənməsi və keçmiş otağında əyləşməsi ilə bağlı allsport.az-da səhih yazılar gedib.