- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb. Allsport.az xəbər verir ki, almaniyalı futbolçu paytaxt klubunun premyer liqada 150-ci qolunu vurub.
Bu, “Neftçi” ilə premyer liqanın XIX tur matçına təsadüf edib. “Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Mikels penaltidən hesabı açıb.
Yüksək liqada 2018/19 mövsümündə debüt edən “Sabah” “150”yə 123-cü oyununda çatıb. Komandanın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqləniblər.
“Sabah” premyer liqada ən azı 150 qol vuran 23-cü komandadır.