Milan Baroş: Belə erkən qol vuracağımızı gözləmirdim

Çex Respublikasının “Slovan” klubunun hücumçusu Milan Baroş “Qarbabağ”a qarşı keçirdikləri səfər oyunundan danışıb. Allsport.az saytı xəbər verir ki, 35 yaşlı futbolçu, Avropa Liqasının qrup mərhələsində 2:2 hesablı nəticəyə belə münasibət bildirib:

“Matçın başlanğıcı pis olmadı. Biz oyun başlayan kimi pressinqə başladıq. Bir qədər də bəxtimiz gətirdi və biz topu ələ keçirdik. Mən Sikoraya ötürmə etdim, o da şansını boşa vermədi. Belə erkən qolu heç kim gözləmirdi. Əlbəttə, biz matçın əvvəlində qol vurmağı çox istəyirdik. Amma ən erkən olaraq gözləmirdik. Fikrimcə, məhz bu qol matçın gedişində bizə çox kömək etdi.

“Qarabağ” çox yaxşı oynadı, xüsusilə də birinci hissədə. Biz fasilədən sonra daha çox hücum etməyə, kombinasiyalar qurmağa çalışdıq. İkinci qol zamanı ofsayda düşməməyə çalışdım. Eqon Vuçun zərbəsi yaxşı idi. Amma qapıçı onu dəf edə bildi. Lakin son anda lazım olan yerdə idim və topu qapıya göndərə bildim”.

 

Həmin kateqoriyadan