Milan klubunda yeni sözləşmə

“İnter” rəhbərliyi hücumçu Lautaro Martinezlə müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir.

Allsport.az xəbər verir ki, tərəflər razılığın əldə olunacağına şübhə etmirlər, lakin hələ də maliyyə detallarını müzakirə edirlər.

Neradzurri bossları argentinalının maaşını 8-9 milyon avroya qaldırmağa hazırdır. Martinez özü 10 milyondan çox pul almaq istəyir. Hazırkı müqavilə 2026-cı ilin yayında başa çatır.

Bu mövsüm Lautaro Martinez “A” seriyasında 31 matçda iştirak edib və 23 qol vurub.

Həmin kateqoriyadan