- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirdikləri oyunu şərh edib.
Allsport.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları ev oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Təəssüf ki, qapımıza doğru ilk zərbə qolla nəticələndi. Demək olar ki, ilk hissədə oyun bizim nəzarətimizdə idi. Futbolçulardan və oynadığımız oyundan razıyam. Təbii ki, nəticə bizi qane etmir. Minimum bir xal qazanmağa layiq idik. Əvvəlki oyunla müqayisədə əsas dəyişiklik oyuna nəzarətin öz əlimizdə olması idi. Təəssüf ki, çox tez qol buraxdıq. Bunlar hamısı bizim üçün bir dərsdir”.