Milan Obradoviç: “Rəqib bizdən üstün olduğu üçün qalib gəldi”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Allsport.az xəbər verir ki, o, Bakıda 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçular bu gün meydanda bütün bacarığını ortaya qoydu. Məni məyus edən bəzi məqamlar var, amma bu barədə danışmaq istəmirəm. Qol epizodlarımız var idi. Əlimizə düşən şanslardan yararlanmalı idik. İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son ötürmələrdə diqqətli olmalıyıq. Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi”.

Həmin kateqoriyadan