- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Paolo Maldini “Milan”ın texniki direktoru vəzifəsini tərk edir.
Allsport.az xəbər verir ki, idman direktoru Frederik Massara da onunla birlikdə ayrılır.
Klubun sahibi Cerri Kardinal menecerlərə təşkilatın planlarına uyğun gəlmədiklərini və buna görə də vəzifələrindən azad edildiyini bildirib.
Bu barədə onlara bugünkü iclasda məlumat verilib.
Qərar bir tərəfdən Maldini və Massaranın, Kardinalla mürəkkəb münasibətləriylə bağlıdır.
Paolo və klubun sahibi arasında transfer büdcəsi ilə bağlı ciddi fikir ayrılıqları olub.
Maldini daha çox azadlıq və yeni oyunçular üçün xərcləri artırmağa çalışırdı, ev sahibləri isə az xərcləməyə və mövcud biznes modelinə uyğun fəaliyyət göstərməyə hazırlaşırdılar.
Onlar həmçinin texniki direktora deyiblər ki, ayrılan vəsaitin böyük hissəsinə aldığı Şarl de Ketelare ümidləri doğrultmayıb.