”Milan”ı “Liverpul”a dəyişir

“Liverpul” klubu “Milan”ın hücumçusu Kristian Pulişiç ilə yaxından maraqlanır. Allsport.az xəbər verir ki, 27 yaşlı amerikalı futbolçunun müqaviləsi 2027-ci ildə başa çatsa da, “Milan”ın bu müddəti 2028-ci ilə qədər uzatmaq hüququ var. Pulişiç İtaliya klubundakı vəziyyətindən məmnun olsa da, rəhbərliyin hələ də yeni müqavilə təklif etməməsi onun gələcəyi ilə bağlı suallar yaradıb.

Cari mövsümdə “A” seriyasında 16 oyuna 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu, İtaliya kubokunda da 3 matçda 2 qol vurub.

Həmin kateqoriyadan