- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə mütəmadi səyyar qəbullar keçirir. Allsport.az saytı xəbər verir ki, görüşlər zamanı o, Rüstəm Rüstəmov küçəsi 54, 58 və 60 saylı binaların ümumi həyətində yerləşən idman meydançası ilə yaxından tanış olub. Uzun müddət idman sahəsində çalışan Könül xanım, hər zaman idman və bədən tərbiyəsinə öz töhfəsini verib. Bunun davamı olaraq, qeydə alınan çoxsaylı müraciətlərə əsasən, dərhal stadionda bərpa işlərinə start vermək məqsədi ilə aidiyyatı qurumlara müraciətlər edilib. Məsələ tezliklə öz müsbət həllini tapıb. Millət vəkili bununla bağlı deyib:
“Ötən səyyar görüşlərimizdə Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 54, 58 və 60 saylı binaların ümumi həyətində yerləşən idman meydançasının istifadəyə yararsız şəraiti diqqətimi cəlb etdi. Stadionun təmirsiz və dağılmış halda olduğunun, bu səbəbdən gənclərin asudə vaxtlarını səmərəli keçirmək üçün stadiondan yararlana bilməməsinin özüm şahidi oldum.
Səyyar görüşümüz zamanı da sakinlərdən qeydə alınan çoxsaylı müraciətlərə əsasən əraziyə dərhal baxış keçirdik, qısa zamanda stadionda bərpa işlərinə start vermək məqsədilə aidiyyatı qurumlara müraciətlər etdik. Özümüz də bacardığımız qədər mənəvi və maddi dəstək göstərməyə çalışaraq, idman meydançasında bərpa işlərini sona çatdırdıq.
Sevinclə bildirirəm ki, bu gün həmin meydança gənclər və idmansevərlərin istifadəsinə açıqdır. Bizə idman meydançasının ərsəyə gəlməsində göstərdiyi xüsusi dəstəyə görə AFFA-ya dərin təşəkkürümü bildirirəm”.