“Millət”dən “Qarabağ”a özəl mükafat

Türkiyənin məhşur KİV orqanlarından biri “Millət” qəzetinin “İlin idman mükafatları-2017” tədbiri keçirilib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” qardaş ölkənin ən nüfuzlu idman mükafatı tədbirində “İlin komandası” nominasiyasında təmsil olunub.

Lakin Ağdam klubu ilin ən yaxşı komandası seçilə bilməyib. Bu ada yerli “Fənərbağça” klubunun basketbol komandası layiq görülüb. “Köhlən atlılar”a isə münsiflər heyəti tərəfindən xüsusi fəxri mükafat təqdim olunub.

“İlin idmançısı” adına isə Türkiyəni təmsil edən həmyerlimiz, atletika üzrə dünya çempionu Ramil Quliyev layiq görülüb.

“Qarabağ” tədbirdə geniş heyətlə – klubun vitse-prezidenti Tahir Gözəl, direktoru Əmrah Çəlikəl, baş məşqçisi Qurban Qurbanov, baş meneceri Asif Əsgərov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla təmsil olunub.

 

Həmin kateqoriyadan