Millətlər liqası üçün ilkin toplanış paytaxta olacaq

Millətlər liqasında oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək “ay-ulduzlular”ın Bakıda ilkin təlim-məşqinə dəvət olunan futbolçuların siyahısı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, seçmənin iyunun 3-də, 6-da, 10-da və 13-də oyunları üçün hələlik 15 futbolçuya dəvət göndərilib. Ölkə kubokunun mayın 27-də keçiriləcək “Qarabağ” – “Zirə” final matçı ilə bağlı bu klublardan toplanışa çağırılmayıblar.

Qapıçılar: Səlahət Ağayev (“Sabah”), Emil Balayev (“Turan”, Qazaxıstan), Rəşad Əzizli (“Səbail”)

Müdafiəçilər: Höccət Haqverdi, (“Sumqayıt”), Anton Krivotsyuk (“Visla”, Polşa), Azər Salahlı (“Neftçi”), Bəxtiyar Həsənalızadə (“Sabah”)

Yarımmüdafiəçilər: Eddi İstafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Aleksey İsayev (“Sabah”), Anatoli Nuriyev (“Sumqayıt”), Dmitri Nəzərov (“Erzgebirge” Almaniya), Namiq Ələskərov (“Bursaspor” Türkiyə)

Hücumçular:  Renat Dadaşov (“Tondel” Portuqaliya), Mahir Əmrəli (“Dinamo Zaqreb”, Xorvatiya)

Həmin kateqoriyadan