- Baxış sayı: 33
- 22 Aprel 2025 22:45
- Baxış sayı: 17
- Aprel 23, 2025
- 0
Dekabrın 16-da UEFA millətlər liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.
Allsport.az xəbər verir ki, tədbir İsveçrənin Montrö şəhərində keçiriləcək.
Əvvəlki mövsümlərdə olduğu kimi A, B və C Liqalarının hərəsində 16 yığma, D Divizionunda isə 7 komanda mübarizə aparacaq.
C Liqasında yer alan Azərbaycan millisi püşkatmaya 3-cü səbətdən qatılacaq.
Millətlər liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.
Səbətlərin tərkibi
A Liqası
1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika
2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya
3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya
4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan
B Liqası
1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya
2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya
3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya
4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan
C Liqası
1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya
2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya
3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo
4-cü səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Cəbəllütariq, Farer adaları
D Liqası
1-ci səbət: Qazaxıstan / Moldova, Kipr / Estoniya, Lixtenşteyn, Malta
2-ci səbət: Latviya, San-Marino, Andorra
Millətlər liqasının təqvimi
I tur: 2 – 4 iyun
II tur: 5 – 8 iyun
III tur: 9 – 11 iyun
IV tur: 12 – 14 iyun
V tur: 22 – 24 sentyabr
VI tur: 25 – 27 sentyabr
Final mərhələsi: 14 – 18 iyun 2023-cü il.