- Baxış sayı: 161
- 19 Dekabr 2025 16:24

- Baxış sayı: 125
- Dekabr 19, 2025
- 0


Avropa qızıl Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb.
Allsport.az xəbər verir ki, 9-17 mayda Maribor şəhərində baş tutan hazırlıq prosesində komanda Sloveniya yığması ilə birgə məşqlər edib. Həmçinin, milli buradakı təlim-məşq toplanışı çərçivəsində ABŞ-ın “Spartans” klubu ilə yoxlama oyunu keçirib və qarşılaşma millinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komanda Sloveniyadan Yunanıstana yola düşüb. Milli mayın 24-dək burada təlim-məşq toplanışında olacaq. Onların Yunanıstanda da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Azərbaycan yığması Avropa qızıl liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.