- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 508
- Mart 30, 2026
- 0

İngiltərədə yarıpeşəkar klublar arasında təşkil olunan İnkişaf kubokunda 3-cü mərhələnin oyunları olub. Allsport.az saytı xəbər verir ki, U-19 millinin hücumçusu Sərhad Daşdəmirin çıxış etdiyi “Fayld” səfərdə “Ramsbottom Yunayted”lə üz-üzə gəlib.
10 topun qeydə alındığı matçda qalib olmayıb (5:5). Futbolçumuz start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 2 qolunu Sərhad vurub. O, 11 və 47-ci dəqiqələrdə fərqlənib.