Milli futbolçumuzun komandası La liqaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq

İspaniyanın ikinci liqasında sonuncu – 42-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun oynadığı “Kordoba” doğma meydanda “Almeriya” ilə üz-üzə gəlib. Əndəlus qarşadurması heç-heçə bitib – 1:1. Millimizin düşərgəsinə qoşulduğu üçün Eddi bu görüşdə forma geyə bilməyib.

“Xəlifələr” çempionatı 65 xalla 22 komanda arasında 5-ci pillədə başa vurub. Lakin futbolçumuzun komandası üçün mövsüm hələ bitməyib. “Kordoba” “Ximnastik”, “Jirona” və “Osasuna” ilə birgə pley-off oyunlarında elitaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq.

İsrafilovun komandasını yarımfinalda “Jirona” ilə duel gözləyir. Bu komanda ilə ilk oyun iyunun 8-də, cavab görüşü isə 12-də olacaq. Final qarşılaşması isə 15-19 iyun tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan