- Baxış sayı: 32
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
“Krılya Sovetov” milli futbolçumuz Ramil Şeydayevin Rusiya premyer liqasının rəsmi saytında bu ölkənin vətəndaşı kimi göstərilməsinə aydınlıq gətirib. Allsport.az xəbər verir ki, Samara klubunun mətbuat xidməti report.az-ın sorğusuna cavab olaraq, bu addımın 22 yaşlı hücumçuya işçi vizası almamaq üçün atıldğını deyib:
“Onun iki vətəndaşlığı var: Rusiya və Azərbaycan. O, Rusiya vətəndaşı kimi sifariş olunur. Çünki belə olan halda, qanunla iş üçün icazə almağa gərək yoxdur. Bu səbəbdən, premyer liqanın rəsmi saytında Rusiya vətəndaşı kimi göstərilib. Ancaq futbol qaydalarına görə, o, legioçu sayılır. Çünki başqa ölkənin yığmasında çıxış edən Rusiya millisinin formasını geyinə bilməz. Bu hüququ olmayanlar isə legionçu hesab olunur”.
“Zenit”in yetirməsi olan Ramil Şeydayev avqustun 9-da Türkiyə təmsilçisi “Trabzonspor”la müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib. Avqustun 17-də “Krılya Sovetov”la 1-illik müqavilə bağlayan forvard Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarına çıxış edib. Lakin əsas yığma seçimini Azərbaycanın lehinə edib.