Milli hücumçudan Mahir Mədətova dəstək

Milli hücumçu Ramil Şeydayev “Qarabağ”ın futbolçusu Mahir Mədətovun Avropa liqasının “C” qrupunun 2-ci turunda Bakıda “Arsenal” ilə keçirilən görüşdə əvəzlənən zaman azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir k, “Krılya Sovetov”un forvardı sosial şəbəkə hesabında bu barədə paylaşım edib və həmkarına dəstək verib:

“Salam qardaşlar!

Azarkeşlərimizə səslənmək istəyirdim. Dünən “Qarabağ” – “Arsenal” matçını izlədim. Qardaşımız, Mahir Mədətov əvəzlənəndə stadion onu fitə basmağa başladı!

Nəyə görə? Niyə?

O, bizim oyunçumuzdu, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridi. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. Belədə o sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun!

Hər kəsin çətin periodları olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularınıza hörmətlə yanaşın. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstək olun!

Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq!

Çox sağ olun!”

 

Həmin kateqoriyadan