- Baxış sayı: 39
- 30 Mart 2026 21:25
- Baxış sayı: 387
- Mart 30, 2026
- 0

Milli komandamız bu gün DÇ-2022-nin seçmə mərhələsində son oyununa çıxacaq.
Allsport.az xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Lüksemburq yığmasını qəbul edəcək. Qrupda cəmi 1 xal toplayan millimiz səfərdə 1:2 hesabı ilə uduzduğu rəqibindən bu dəfə xal almağa çalışacaq.
Yığmamızın qrupu sonuncu pillədə başa vuracağı artıq bəllidir.
Qrupun digər oyununda İrlandiya Portuqaliyanı qəbul edəcək.
11 noyabr
DÇ-2022-nin seçmə mərhələsi
“A” qrupu
21:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Manuel Şüttenqruber (Avstriya)
Bakı olimpiya stadionu