Milli komanda superfinalda

Çimərlik futbolu üzrə Azərbaycan komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) sonuncu oyununu keçirib.

Allsport.az xəbər verir ki, “B” liqasının “A” qrupunda yer alan milli üçüncü görüşündə Litva yığması ilə qarşılaşıb. İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində hər üç qolu Orxan Məmmədov vurub.

Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv Avropa superfinalına vəsiqə qazanıb.

Milli sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər “A” liqasına yüksələcəklər.

Azərbaycan komandası qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan