- Baxış sayı: 7
- 26 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
FİFA prezidenti 2026-cı ildən etibarən dünya çempionatlarında 40 və ya 48 milli komandanın oynaması ilə bağlı qərarın gələn ilin yanvarında veriləcəyini açıqlayıb. Allsport.az saytının xəbərinə görə, Canni İnfantino bu barədə qurumun şura toplantısından sonra mətbuat nümayəndələrinə açıqlamasında bildirib. O, deyib ki, mundialın final mərhələsində artırılacaq milli komanda sayına FİFA-nın Sürix toplantısında qərar veriləcək. Onun sözünə görə, beynəlxalq futbol qurumu şurası tərəfindən bu təklif yekdilliklə müsbət qarşılanıb:
“Düşünmürəm ki, bu qərar keyfiyyətin itməsinə gətirib çıxarsın. Tam əksinə, sizə ötən dünya çempionatını xatırlatmaq istərdim. Həmin vaxt İtaliya və İngiltərə kimi milli komandalar qrupdan çıxa bilməmişdi. Futbolun səviyyəsi artır və biz buna təkan verməliyik. Komandaların artırılması turnirdə keyfiyyət və rəqabəti daha da yüksəldəcək”.
Qeyd edək ki, hazırki sistem üzrə Dünya Kubokunda 32 yığma komanda mübarizə aparır.