- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə “Kray” ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ərat bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 25 xalla 19 klub arasında 10-cu pillədə qərarlaşıb.