- Baxış sayı: 625
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 159
- Fevral 04, 2026
- 0

Qırğızıstanın Çolpon-ata şəhərində MDB, Baltikyanı ölkələr və Gürcüstanın milli olimpiya komitələrinin forumu öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, toplantıda ölkəmizi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev təmsil edirlər.
12 ölkədən 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivləri müzakirə edəcəklər.
Forum beynəlxalq olimpiya komitəsinin “Olimpiya həmrəyliyi” proqramı çərçivəsində keçirilir.