Milli olimpiya komitəsində İndoneziya idman nümayəndə heyəti ilə görüş

Bu gün İndoneziya gənclər və idman nazirliyinin sənaye və idmanın təşviqi şöbəsinin direktoru Sandi Suvardi Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti milli olimpiya komitəsində olub. Allsport.az saytı xəbər verir ki, qonaqlar MOK vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, idman idarəsinin rəisi Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırovla görüşüblər.

Toplantıda təeəflər arasında əlaqələrin genişləndirilməsi və bu istiqamətdə görüləcək işlər, pencak silat idman növünün Azərbaycanda inkişafı və yarışların təşkili, o cümlədən bir sıra məsələlər müzakirə edilib. Sonda qurumlarının nümayəndələri xatirə hədiyyələrini təqdim ediblər.

Həmin kateqoriyadan