Milli olimpiya komitəsinin 2-ci rəqəmsal kommunikasiya və media seminarı

Bu gündən etibarən MOK-un təşkilatçılığı, BOK olimpiya həmrəyliyi fondunun dəstəyi və “Olympic Channel”in yardımı ilə İspaniyanın paytaxtı Madriddə 2-ci rəqəmsal kommunikasiya və media seminarı başlayıb. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək toplantıda Albaniya, Sloveniya, Slovakiya, Serbiya, Türkiyə, Belarus, Çex Respublikası, Polşa və Xorvatiya milli olimpiya komitəsindən nümayəndələr iştirak edir.

Yığıncaqda “Olympic Channel”dən istifadə, müxtəlif olimpiya oyunlarında kommunikasiya və sosial mediadan istifadə və kommunikasiyanın əsasları müzakirə olunacaqdır.

Həmin kateqoriyadan