- Baxış sayı: 22
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Azərbaycan yığmasının FİFA-nın yeni reytinqindəki yeri müəyyənləşib.
Allsport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 3 pillə geriləyib.
Milli 1148 xalla 122-ci pillədə qərarlaşıb.
Reytinqə 1885.36 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867.09 xal) ikinci, Fransa (1862.03) isə üçüncüdür.
Azərbaycanın qonşu ölkələrindən İran 20-ci, Türkiyə 27-ci, Rusiya 35-ci, Gürcüstan 67-ci, Ermənistan 105-cidir.
Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna 26-cı, İslandiya isə 74-cü sıradadır.