- Baxış sayı: 29
- 08 Mart 2026 11:46
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

Qadın futbolçulardan ibarət Azərbaycan komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.
Allsport.az xəbər verir ki, “C” liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşıb.
Felksut şəhərindəki “Panço Arena”da təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz ilk turda Bakıda Şimali Makedoniya yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.