- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Hər birimizin yaralı yeri milli komandadır. Onun vəziyyəti hər kəsi narahat edir”. Allsport.az saytı xəbər verir ki, bunu PFL-in prezidenti Ramin Musayev deyib. İTV kanalında yayımlanan “Bol idman” verilişinin qonağı olan futbol adamı, “ay-ulduzluların uğursuz çıxışını baş məşqçi yox, futbolçularla əlaqələndirib:
“Canni de Byazi hələ ki, istədiyini ala bilmir. O məşqçi bir gün çıxıb gedəcək. Amma oyunçularımız yenə burada qalacaq. Mən futbol oynamıram, amma komandamız uduzanda, səhəri günü çalışıram evdən elə çıxım ki, qonşulardan məni görən olmasın.
Futbolçular da bunu düşünməli, narahat olmalıdırlar. Bu üzdən günahın əksəriyyətini futbolçularda görürəm. Çünki mübarizə aparmırlar. Biz döyüşkən millətik, bunu da sübut eləmişik. Amma futbolda bunu edə bilmirik”.