- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, indiki durumda özünü “Qarabağ” və “Neftçi”də işləməyə hazır görmür. Allsport.az saytı xəbər verir ki, o bu barədə İTV-də yayımlanan “Bol idman” verilişində deyib:
“Bəlkə 5 ay, 2 il, 5 il sonra mən bu suala başqa cavab verəcəyəm. Amma bu gün mənə “Neftçi” və “Qarabağ” kimi komandanın yükünü daşımaq ağır olar. Çünki məsuliyyətlidir, tarixləri böyükdür, iddialıdırlar. Hər il o komandalardan çempionluq, avroliqada uğurlu çıxış gözlənilir”.
O qeyd edib ki, bu gün milli komandada özünü işləməyə hazır sayır: “Neçə illərdir milli onsuz da uğursuz çıxış edir. Bu yükün altına girməkdən çəkinmirəm. Bu, məşqçi bacarığı ilə bağlı deyil. Burda bir çox psixoloji amil də var”.