Millidə yeni qapıçı-məşqçi

Elxan Məmmədov, millinin keçmiş qapıçısı Kamran Ağayevlə görüşüb.

Allsport.az saytı xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti, karyerasını başa vuran 36 yaşlı qolkiperə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək və milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Görüşdə assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov və texniki departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.

Kamran Ağayev Azərbaycan yığmasında 79 oyunda meydanda olub.

Həmin kateqoriyadan