- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində “B” liqasında növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, millimiz Sloveniya komandasına 0:4 hesabı ilə uduzub.
Futbolçularımız qrupun ilk oyununda Bolqarıstana (1:6) uduzublar.
Qeyd edək ki, yığmamız qrupda son oyununu martın 20-də Moldova qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.