- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

17 yaşadək qadın futbol yığmamızı Belarusun paytaxtında UEFA inkişaf turnirində bu gün ilk oyununu keçirib. Allsport.az xəbər verir ki, millimiz ABFF təlim-məşq mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 1:3 məğlubiyyət ilə başa çatıb. Azərbaycanın heyətində qolu 68-ci dəqiqədə penaltidən Ayşən Salamzadə vurub. Turnirin bu gün keçirilən digər oyununda Türkiyə millisi qazaxıstanlı həmkarlarına 5:0 qalib gəlib.