- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə 3-cü matçına çıxıb.
Millimiz Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşıb. Komandamız 0:2 hesabı ilə məğlub olub. Bunadək Belarusa 0:2, Rusiyaya 0:1 hesabı ilə uduzan yığma qrupda sonuncu yeri tutub.
Qeyd edək ki, turnirdə 7-8-ci yerlər uğrunda oyunlar fevralın 24-də keçiriləcək. Millimiz digər qrupda 4-cü yeri tutan komanda ilə qarşılaşacaq.