Millidən növbəti rüsvayçılıq

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turuna start verilib. Allsport.az xəbər verir ki, “A” qrupunda yer alan Azərbaycan yığması da növbəti oyununa bu gün çıxıb.

Canni de Byazinin rəhbərlik etdiyi kollektiv doğma meydanda Lüksemburqu qəbul edib. Bakı olimpiya stadionunda keçirilən qarşılaşma saat 21:00-da başlayıb. Məhsuldar keçən oyun Azərbaycan yığmasının növbəti məğlubiyyəti ilə başa çatıb.

Qrup mərhələsinin digər matçında İrlandiya yığması Portuqaliyanın müqavimətini qırmağa çalışacaq.

“A” qrupunda Azərbaycan millisi 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla 1-ci pillədə qərarlaşıb.

DÇ-2022, seçmə mərhələ, 9-cu tur
11 noyabr

A” qrupu
Azərbaycan – Lüksemburq 1:3
Qol: A.Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.
Qırmızı vərəqə: T.Mütəllimov, 21.

Baş hakim: Manuel Şüttenqruber (Avstriya)

Həmin kateqoriyadan