Millilərimiz Avropa liqasında

Qadın və kişi voleybolçulardan ibarət milli komandalarımız 24-25 may tarixlərində qızıl Avropa liqasında növbəti oyunlarını keçiriblər.

Allsport.az xəbər verir ki, qadınlardan ibarət millimiz Rumıniyada təşkil olunan 2-ci turda meydan sahibi və İsveç yığması ilə qarşılaşıb. Hər iki oyunda rəqiblərimiz quru hesabla qalib gəliblər.

Kişilərdən ibarət komandamız isə 2-ci turun oyunlarını Belçikada keçirib. Ev sahibi ilə yanaşı, Şimali Makedoniya komandası ilə qarşılaşan millimiz hər iki oyunda 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qadınların yarışında növbəti turun ev sahiblərindən biri Azərbaycandır. Komandamız 31 may-2 iyun tarixlərində Bakıda təşkil olunacaq 3-cü turda Estoniya və Avstriya yığmaları ilə üz-üzə gələcək. Kişilərdən ibarət millimiz isə 3-cü turun oyunlarını Estoniyada keçirəcək. Meydan sahibi ilə yanaşı, Lüksemburq millisi komandamızın rəqibləri olacaq.

Qadınlar

II tur (Rumıniya)

Azərbaycan – Rumıniya 0:3 (19:25, 15:25, 10:25)

İsveç – Azərbaycan 3:0 (25:19, 25:19, 25:19)

Kişilər

II tur (Belçika)

Şimali Makedoniya – Azərbaycan 3:0 (25:17, 25:17, 25:18)

Azərbaycan – Belçika 0:3 (19:25, 16:25, 17:25)

Həmin kateqoriyadan