- Baxış sayı: 33
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 147
- Fevral 04, 2026
- 0
Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Alsport.az xəbər verir ki, “İnter”dən dəvət edilən Nadir Qasımov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
Əvəzində iki futbolçu – Kamran Nəcəfəliyev (“Lokomotiv” Taşkənd, Özbəkistan) və Asim Abdullazadə (FC92 Montrouge Paris, Fransa) toplanışa dəvət olunub.