- Baxış sayı: 425
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 107
- Dekabr 05, 2025
- 0

Azərbaycan millisi Qətərdə keçirilən I dünya çimərlik oyunlarında 2 medal qazanıb.
Allsport.az xəbər verir ki, 3-cü yarış günündə qadınlar arasında triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multiidman) növü üzrə fərdi mübarizədə çıxış edən Kseniya Levkovska 30:03 nəticə ilə gümüş medal götürüb.
Eyni idman növündə kişilər arasında çıxış edən Rostislav Pevtsov bürünc medalı 26:43 nəticə ilə əldə edib. Həmin yarışda qızıl medalı ispaniyalı Kevin Vinuela (26:22), gümüş medalı isə Macarıstan təmsilcisi Devay Mark (26:29) qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 16-dək davam edəcək dünya çimərlik oyunlarına 7 idmançı ilə qatılıb. Əldə edilən gümüş və bürünc komandanın ilk medalları olub.
